Sosial layihə: «Uşaqlar gələcəyimizin sığortasıdır»
Təhsil Nazirliyinin və COMMUNITY.AZ-ın dəstəyi, “AXA MBASK” sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Şəki, Quba, Lənkəran və Gəncə şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihə yekunlaşıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün "Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?" və "Uşaqlarda davranış problemləri" adlı aktual mövzular üzrə təlimlər keçirilib. Təlimlərdə iki min nəfər iştirak edib. İştirakçılar arasında Şəki şəhəri 5, 8, 10, 11 və 14 nömrəli orta məktəb, Quba şəhəri 1, 2, 3, 5, 6, 8, 14 nömrəli orta məktəb və Texniki Təmayüllü Lisey, Lənkəran şəhəri 1, 4, 7 və 10 nömrəli orta məktəb və Gəncə şəhəri 1, 2, 4, 5, 6, 9, 10, 11, 12, 13, 14, 16, 22, 23, 25, 28, 31, 36 və 38 nömrəli orta məktəblərin valideyn, şagird və müəllimləri daxildir.
Təlimlər COMMUNITY.AZ – məktəb icma layihəsinin təşviq təşkilatının peşəkar psixoloqları tərəfindən keçirilib.