Bu gün Premyer Liqada çıxış edəcək klubların adına aydınlıq gələcək | 1news.az | Xəbərlər
Futbol

Bu gün Premyer Liqada çıxış edəcək klubların adına aydınlıq gələcək

09:40 - 13 / 06 / 2016
Bu gün Premyer Liqada çıxış edəcək klubların adına aydınlıq gələcək

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

1news.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, saat 10:00-da başlayacaq iclasda 2016-2017-ci il mövsümündə Premyer Liqada çıxış edəcək klubların sayının müəyyənləşdirilməsi barədə qərarın qəbul olunacağı gözlənilir.

Bundan başqa I Diviziondan idman prinsiplərinə uyğun olaraq Premyer Liqaya yüksəlmək ehtimalı olan klubların vəziyyəti ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

1news.az

 

Paylaş:
1338

Son xəbərlər

Bütün xəbərlər