Yeni ünvan sistemi həm əhaliyə, həm də dövlət və özəl qurumlara faydalı olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni ünvan sistemi həm əhaliyə, həm də dövlət və özəl qurumlara faydalı olacaq

12:58 - 13 / 06 / 2016
Yeni ünvan sistemi həm əhaliyə, həm də dövlət və özəl qurumlara faydalı olacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanda beynəlxalq standartlara uyğun yeni ünvan sisteminin qurulması uğurla davam etdirilir.

1news.az xəbər verir ki, komitənin mətbuat xidmətinə istinadən bu sistem Azərbaycanda həm əhalinin, həm də dövlət və özəl qurumların faydalana biləcəyi mühüm layihədir.

Ünvan məsələsi vətəndaşların, biznes qurumlarının, eləcə də dövlət orqanlarının gündəlik işində mühüm məsələlərdən biridir. Digər tərəfdən, şəhər, qəsəbə və kəndlərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, əhalinin urbanizasiyası mükəmməl ünvan sisteminin olması zərurətini artırır.

Bütün bunlar nəzərə alınaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qısa müddət ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Bu sistem daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, saxlanılması, ləğv edilməsi və digər fəaliyyətləri təmin edir. Sistemdə bütün daşınmaz əmlaklarla bağlı ünvan məlumatları, eləcə də küçə və prospektlər ilə bağlı digər məlumatlar rəqəmsal şəkildə toplanır.

Qeyd edək ki, ölkənin ünvan tarixində ilk dəfə olaraq, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanıb, ünvanların elektron idarə edilməsinə nail olunub.Ünvan xəritəsindən çıxarış, obyektlərə ünvan verilməsi işi elektronlaşıb. Həmçinin, ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb.

Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası” tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu beynəlxalq standarta cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir. Ünvan işi elə qurulur ki, onun məlumatları yaşından, intellektual səviyyəsindən, peşəsindən və s. asılı olmayaraq, bütün insanlar üçün rahat, istifadə edilə bilən, dəqiq və aydın olsun. Başqa sözlə, ünvan məlumatları onu axtaran vətəndaşa, hüquqi şəxsə, qurumlara (təcili yardım, yanğınsöndürmə, polis və s.) ünvan obyektinə tez, ən qısa yolla, vaxt itirmədən və rahat çatmasını təmin edir.

Hazırda Ünvan Reyestri İnformasiya Sistemində ölkənin 6 şəhəri, 50 rayonu üzrə 6705 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun təyin edilmiş 603126 giriş ünvanı, 335037 ədəd daxili ünvan məlumatları mövcuddur. Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 45 rayonun 1259 kənd yaşayış məntəqələri üzrə 13527 adsız küçə formalaşdırılıb. Yaxın aylar ərzində onların adlandırılması ilə bağlı müvafiq müraciətlər ediləcəkdir.

Ünvan məlumatlarının axtarışı sistemi də sadələşdirilib. Ünvanlar haqqında istənilən an çevik və müfəssəl məlumat əldə etmək olar. Ünvan Reyestri İnformasiya Sistemi digər məlumat bazaları, axtarış-informasiya sistemləri, əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestr bazaları ilə inteqrasiya edilib.

1news.az

Paylaş:
382

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər