Bakı metrosu yay qrafikinə keçir
İyunun 22-dən Bakı metrosu yay qrafikinə keçir.
1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, yeni qrafikə əsasən, hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq:
“Qış qrafikində bunlar 30 cüt/saat qatarla idi. Yəni “Həzi Aslanov” – “28 May” stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqə, qeyri-pik saatlarda isə 3 dəqiqə olacaq. “28 May” – “İçərişəhər”, “28 May” – “Dərnəgül” xətləri arası isə interval müvafiq olaraq 5-6 dəqiqə olacaq”.
N.Paşayev bildirib ki, qeyri-iş günlərində isə fərqli qrafik tətbiq ediləcək: “Pik saatda qatar 2 dəqiqədən bir xəttə buraxılırsa, qeyri-iş günlərində interval 2.5 dəqiqə olacaq. Həm qeyri-iş günlərində, həm də sərnişinin az olduğu səhər və gecə saatlarında fərqli qrafik olur”.
1news.az