Əlverişli qlamur haqda 8 sual – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlverişli qlamur haqda 8 sual – FOTO

17:10 - 14 / 06 / 2016
Əlverişli qlamur haqda 8 sual – FOTO

Antik mifologiyada Kalliopa muzası bir neçə istiqamətə birdən himayə edirdi: epik poeziya, elm və fəlsəfə. 21-ci əsrdə isə Kalliopa tamamilə yeni, qeyri-adi rolda çıxış edir: o, gözəl italyan geyiminin mütləq bahalı olması haqda əfsanəni alt-üst edir.

“Calliope” italyan brendi bunun bariz nümunəsidir. Demək olar ki, “Calliope”, dəb sənayesində “light glamour” (yüngül qlamur) adlanan üslubda müasir və eleqant geyim təklif edən yeganə addır. O özündə zərif və eksklüziv italyan üslubunu ehtiva edir, mükəmməl keyfiyyətə malikdir, eyni zamanda da aşağı-qiymət sektorunda özünə daimi məskən salıb.

Adətən bu cür məlumat böyük təəccüb hissi doğurur. Və təbii ki, buradan da suallar irəli gəlir. Biz isə, öz növbəmizdə, ən çox verilən sualları cavablandırırıq.

- “Calliope” brendi kimə ünvanlanıb?

- “Calliope” geyimləri gənc və özünü gənc hiss edən, dəbi izləyən, eleqant trendlərlə ayaqlaşağa çalışan, eyni zamanda geyim üçün həddən artıq büdcədən kənara çıxmaq istəməyənlər üçün nəzərdə tutulub. “Calliope” tez-tez görkəmini dəyişmək və yeni ahənglərlə daima təcrübələr aparmaq istəyənlərin seçimidir. “Calliope” öz individuallığını nümayiş etdirmək, cazibədar, hətta ehtiraslı olmaqdan qorxmayanlar üçündür.

- “Calliope” kimin üçündür – qadınlar yoxsa kişilər?

- “Calliope” markası həm kişi, həm də qadın geyim xəttlərini təqdim edir. Model və rəng uyğunluqları həm təmkin, həm də ekzotik təbiətdən ilhamlanan daha əlvan çalarları əhatə edir.

- “Calliope” kolleksiyaları hansı müddətə yenilənir?

- “Calliope” italyan üslub həvəskarlarını ildə bir neçə yeni kolleksiya ilə sevindirir.

- “Calliope” geyimi harada hazırlanır?

- “Calliope”-nin qərargahı, Federiko Fellininin vətəni və Adriatik dəniz  sahillərində ən  böyük italyan kurortu olan, Emiliya-Romaniya regionuna daxil olub, eyniadlı əyalətin inzibati mərkəzi olan Riminidə yerləşir. Rimini kübar həyatın və Aralıq dənizi sahillərində şopinqin ən böyük mərkəzidir.

- “Calliope”-ni Bakıda nə zaman əldə etmək mümkün olacaq?

- 15 iyun tarixində Azərbaycanda ilk “Calliope” butiki açılacaq. 500 metrlik ərazisi olan mağaza Bakının “Ganjlik Mall” alış-veriş mərkəzində yerləşəçək. İlk alıcıları rəngarəng italyan əyləncə gecəsi və “Calliope”-dən gözəl sürprizlər gözləyir.

- Bakıdakı “Calliope” mağazasında qiymətlər necə olacaq?

- Bir neçə misal gətirə bilərəm: ətək – 19,99 AZN, don – 29,99 AZN, top – 9,99 AZN, bluz – 19,99 AZN, şort – 24,99 AZN.

- Nəyə görə “Calliope” geyimini Riminidə deyil, məhz Bakıda almaq əlverişlidir?

- Bunu, “Ganjlik Mall” və italyan Rivierasına gediş haqqlarını müqayisə etdikdən sonda anlamaq olduqca asandır.

- “Calliope” haqda harada oxumaq olar?

- Brendin rəsmi internet səhifəsində (www.calliope.info) və sosial şəbəkələrdəki səhifələrdə: Facebook və Instagram.

 

 

 

Paylaş:
796

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər