Azercell-lə Dəqiqələri Sayma! – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-lə Dəqiqələri Sayma! – FOTO

15:00 - 16 / 06 / 2016
Azercell-lə Dəqiqələri Sayma! – FOTO

Bölgələrdə limitsiz danışıq kampaniyasına start verildi.

Yay mövsümünün başlaması ilə ölkənin lider mobil operatoru Azercell Telekom bölgələrdə yaşayan abunəçiləri üçün yeni və sərfəli kampaniyaya başladı. “Bölgələrdə limitsiz danış” kampaniyası ilə indi SimSim abunəçiləri bölgələrdə günlük limitsiz danışıq paketini əldə edə bilərlər, özü də, cəmi gündəlik olaraq 0.25 AZN müqabilində. 

Azercell-in “Bölgə” tarifinə qoşulmuş abunəçilərinə təqdim etdiyi bu sərfəli kampaniyadan yararlanmaq üçün sadəcə 2323 nömrəsinə START SMS-ni göndərmək lazımdır. Günlük limitsiz danışıq paketi sifariş olunan günün sonuna qədər istifadə edilə bilər. 

Qeyd edək ki, kampaniya yalnız Azərbaycanın rayonlarında keçərlidi. Bakı və Abşeron yarımadası ərazisində edilən zənglər kampaniyaya daxil deyil. 

Məlumat üçün bildirək ki, “Bölgələrdə Limitsiz danış” kampaniyası ilə Azercell 2012-ci ilin martında başladığı regionlarda mobil rabitənin inkişaf strategiyasını davam etdirir. Artıq bir neçə ildir ki, Azercell-in bölgələrdə yaşayan abunəçiləri üçün sərfəli “Bölgə” tarifi mövcuddur. Belə ki, həmin abunəçilər “Bölgə” tarifinə qoşulmaqla şəbəkədaxili zənglərdə 3-cü dəqiqədən sonra pulsuz danışıq imkanı əldə edirlər. 

Azercell, hər zaman olduğu kimi, isti yay ayları boyu da abunəçilərini həm yeni sərfəli kampaniyalarla, həm də keyfiyyətli rabitə xidmətləri ilə sevindirməkdə davam edəcək. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.​


 

 

 

 

Paylaş:
3596

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər