Azərbaycan prezidenti Biləsuvarda avtomobil yolunun tikintisi ilə əlaqədar sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan prezidenti Biləsuvarda avtomobil yolunun tikintisi ilə əlaqədar sərəncam imzalayıb

20:18 - 16 / 06 / 2016
Azərbaycan prezidenti Biləsuvarda avtomobil yolunun tikintisi ilə əlaqədar sərəncam imzalayıb

Prezident İlham Əliyev Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon (iki milyon bir yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər".

1news.az

Paylaş:
479

Son xəbərlər

Xalq Bank 20 il

Bu gün, 16:42
Bütün xəbərlər