Dəmir yolu stansiyasının ərazisindən qumbara tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmir yolu stansiyasının ərazisindən qumbara tapılıb

18:33 - 18 / 06 / 2016
Dəmir yolu stansiyasının ərazisindən qumbara tapılıb

Ağdamda dəmir yolu stansiyasının ərazisindən silah-sursat tapılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Ağdam Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Köçərli dəmir yolu stansiyasının ərazisindən “F-1” qumbarası və 108 ədəd müxtəlif çaplı patron tapılıb.

1news.az

 

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər