Həyətində çətənə kolu yetişdirən Bərdə sakini tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində çətənə kolu yetişdirən Bərdə sakini tutulub

13:00 - 19 / 06 / 2016
Həyətində çətənə kolu yetişdirən Bərdə sakini tutulub

Polis əməkdaşları çətənə kolu yetişdirən şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Güloğlular kəndi ərazisində Bəhruz Ağayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfata baxış zamanı 219 qram marixuana aşkar edilərək götürülüb.

B.Ağayev isə polis əməkdaşları tərəfindən tutulub.

1news.az

 

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər