SOCAR, "Qazprombank", SACE və ЭКСАР Azərbaycanda qazkimya kompleksinin tikintisinə dair memorandum imzalayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR, "Qazprombank", SACE və ЭКСАР Azərbaycanda qazkimya kompleksinin tikintisinə dair memorandum imzalayıb

12:19 - 18 / 06 / 2016
SOCAR, "Qazprombank", SACE və ЭКСАР Azərbaycanda qazkimya kompleksinin tikintisinə dair memorandum imzalayıb

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Rusiyanın "Qazprombank" şirkəti, İtaliyanın SACE və Rusiyanın ЭКСАР ixracat kredit agentlikləri "Peterburq Beynəlxalq İqtisadi Forumu – 2016" çərçivəsində "Azərbaycanda qazkimya kompleksinin tikintisi və maliyyələşdirilməsinə dair qarşılıqlı anlaşma memorandumu" imzalayıblar.

AZƏRTAC forumun saytına istinadla xəbər verir ki, təntənəli imzalanma mərasimi Rusiya Prezidenti Vladimir Putinin və İtaliyanın Baş naziri Matteo Renzinin iştirakı ilə baş tutub.

Yeni irimiqyaslı neft-kimya layihəsi Azərbaycanda rusiyalı və italiyalı tərəfdaşlarının iştirakı ilə bu ölkədə qaz emalı və qazkimya zavodlarının tikintisini nəzərdə tutur. Layihə "SOCAR Plastics Company Gas" "Qazprombank" Qrupu üçün maliyyələşdirmə və Rusiya avadanlıqlarının xaricə tədarükü baxımından yeni imkanlar açır.

Layihənin ümumi investisiya dəyəri ilkin hesablamalara görə, 3,5 milyard ABŞ dolları təşkil edir. Rusiya avadanlığı və materiallarının tədarükünün potensial həcmi və bu ölkənin podratçılarının tikinti-quraşdırma xidmətlərinin dəyəri investisiya büdcəsinin 20 faizə qədərini təşkil edəcək.

"Qazprombank" Qrupu SOCAR ilə Azərbaycanda artıq bir sıra iri layihələr həyata keçirir. Bu qarşılıqlı və faydalı əməkdaşlıq Qrupun maliyyə və texnoloji imkanlarının uğurlu nümunəsidir", - deyə Rusiyanın "Qazprombank" ASC-nin idarə heyətinin sədri Andrey Akimov bildirib.

Qeyd edək ki, "Peterburq Beynəlxalq İqtisadi Forumu – 2016" çərçivəsində "Qazprombank" ilə "SOCAR Polymer" arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş "Qazprombank" Qrupuna daxil olan "Krioqenmaş" ASC tərəfindən hazırlanacaq "SOCAR Polymer"in yüksək sıxlıqlı polietilenin və polipropilenin istehsalı zavodlarının inşası üzrə azot qurğusunun satışı və işlənməsini nəzərdə tutur. Qurğu "SOCAR Polymer"in azota yaranan tələbatını təmin edəcək.

Paylaş:
627

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər