İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Prezident İlham Əliyev iyunun 19-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda Formula-1 yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. O, tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını dedi.
Formula-1 yarışının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfəsini verdiyini bildirdi. Prezident İlham Əliyev yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğuladı.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu.
1news.az