ANAMA: Tərtərdə və Ağdamda partlamamış hərbi sursatlar aşkarlanıb - FOTO
İyunun 19-da Tərtər rayonunun Cəmilli kəndində su kanalının yaxınlığında 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 6 min kvadratmetr ərazi yoxlanılıb.
1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, Şıxarx kəndində isə 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 13 min kvadratmetr ərazi yoxlanılıb.
Ağdam rayonunun Mahrızlı kəndində 1 ev və həyətyanı sahədə, 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilib, nəticə etibarilə 9 min 500 kvadratmetr ərazi yoxlanılıb.
Füzuli rayonunun Horadiz kəndində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 3 min 70 kvadratmetr ərazi yoxlanılıb.
Beləliklə, iyunun 19-da 3 ev və həyətyanı sahə, 5 əkin sahəsi, su kanalı, 13 partlayış yeri, 3 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 31 min 570 kvadratmetr ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 19 iyun tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1539 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1news.az