Fransa Qarabağ münaqişəsinin nizamlanması üzrə prezidentlərin növbəti görüşünü keçirməyə hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Fransa Qarabağ münaqişəsinin nizamlanması üzrə prezidentlərin növbəti görüşünü keçirməyə hazırdır

13:08 - 22 / 06 / 2016
Fransa Qarabağ münaqişəsinin nizamlanması üzrə prezidentlərin növbəti görüşünü keçirməyə hazırdır

ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşünün yekununu alqışlayır.

“Bu görüş mayın 16-da Vyanda başlanmış Dağlıq Qarabağ üzrə dialoq məsələsində iki liderə imkanlar verdi”, - Bakıda Fransa səfirliyinin bəyanıtda qeyd edilib.

“Münaqişənin sülh yolu ilə nizamlanması Azərbaycanla Ermənistan arasında sabit və açıq dialoqdan sonra öz həllini tapa bilər”, - həmçinin bəyanatda qeyd olunur.

Qeyd olunur ki, ATƏT-in Minsk qrupu həmsədrləri münaqişənin hər iki tərəfi arasında vasitəçilik öhdəliklərini davam etdirəcək. Həmçinin onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hərtərəfli sülh razılaşmasının əldə edilməsi üçün səylərini əsirgəməyəcək. 

 “Minsk qrupunun həmsədri olaraq Fransa Dağlıq Qarabağın nizamlanması üzrə prezidentlərin növbəti görüşünün keçirilməsinə artıq hazır olduğunu bildirib”, - səfirliyin bəyanatında qeyd olunur.

Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə İlham Əliyev və Serj Sarkisyan görüşünün yekunu olaraq danışıqlar prosesinə əlavə dinamika verilməsinə razılıq, eləcə də təmas xəttində ATƏT-in müşahidəçilərinin sayını artırmaq məsələsi əldə edildi.  

Mövzu ilə əlaqədar oxuyun:

Elmar Məmmədyarov: Prezidentlərin Peterburq görüşünü müsbət qiymətləndiririk

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər

1news.az

 

Paylaş:
694

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər