Mikayıl Cabbarov: “Prezidentin fərmanı gənclərin elmə daha geniş cəlb olunmasına imkan yaradacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: “Prezidentin fərmanı gənclərin elmə daha geniş cəlb olunmasına imkan yaradacaq”

13:40 - 22 / 06 / 2016
Mikayıl Cabbarov: “Prezidentin fərmanı gənclərin elmə daha geniş cəlb olunmasına imkan yaradacaq”

Prezident İlham Əliyevin fərmanı ilə bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanunun qüvvəyə minməsi elm və təhsil insanları üçün əlamətdar hadisədir. Bu, Azərbaycan təhsili və elminin gələcəyinə qoyulan sərmayə, inkişafımızın insan kapitalı ilə bağlı olmasının təzahürüdür.

1news.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov şəxsi Facebook səhifəsində Prezident İlham Əliyevin yuxarıda qeyd olunan fərmanına münasibət bildirərkən deyib.

Fərmanın əhəmiyyətindən danışan nazirin sözlərinə görə, bu fərman gənclərin elmə daha geniş cəlb olunmasına imkan yaradacaq:

“Elm gücdür! Bu ifadə dünyamızın inkişaf ideologiyasının açar sözləridir. Azərbaycan gənci də elmi dünyagörüşü ilə, inkişafın lokomotivi olmaq enerjisi ilə bu sərmayədən faydalana biləcək. Ölkəsinin gücünə güc qatmaq üçün təhsildən, elmdən bərk tutacaq, elmi nailliyyətlərə yiyələnmək üçün təhsilinin fasiləsizliyindən yararlana biləcək.

Cənab Prezidentin imzası ilə təsdiq olunan bu fərmanın müstəsna əhəmiyyəti var. Gənclərin elmə daha geniş cəlb olunmasına imkan yaradılması ilə yanaşı, fərmanın sosial mahiyyəti ondan ibarətdir ki, elmimizin inkişafında bir çox cəhətdən əngələ çevrilən yaş, cins qeyri-bərabərliyinin bərpa olunması üçün yeni reallıq yaranacaq.

İkinci tərəfdən bu bir həqiqətdir ki, Azərbaycan əhalisinin böyük bir qismini gənclər təşkil edir. Gənclik qüvvəsinin elmə daha artıq qatqısı sinerji effekti yaradır. Bu güc isə böyük ixtiraların, innovasiyaların və beləliklə, dünyada ölkələrin üstün nüfuz göstəricisinə çevrilən elmi nəticələrin qazanılması deməkdir”.

M.Cabbarov qeyd edib ki, ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri də innovativ layihələrin həyata keçirilməsi üçün şərait və mühitin yaradılmasıdır. Bizneslə elmi ixtiraların görüş nöqtəsi üçün ən münbit və müvafiq yer məhz universitet olmalıdır.

“Bu qərarın qəbul olunmasında böyük uzaqgörənlik və müdrik yanaşma nümayiş etdirən ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkür edirik”- deyə, nazir əlavə edib.

1news.az

 

Paylaş:
514

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər