NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycanda səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

21:25 - 22 / 06 / 2016
NATO Müdafiə Kollecinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Romada yerləşən NATO Müdafiə Kollecinin 31 dövləti təmsil edən 114 nəfərdən ibarət “Ali kurs” dinləyicilərindən ibarət nümayəndə heyətinin iyunun 22-dən Azərbaycana akademik səfəri başlayıb.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu, “Ali kurs” dinləyicilərinin ölkəmizə üçüncü səfəridir.

NATO Müdafiə Kollecinin əsas məqsədi hərbi-siyasi məsələlər üzrə strateji düşüncə tərzini təkmilləşdirmək, o cümlədən yüksək rütbəli zabit və vəzifəli şəxsləri NATO-nun mühüm vəzifələrində xidmətə hazırlamaqdır. Kurs iştirakçıları Azərbaycana səfər etməzdən əvvəl Makedoniya, Danimarka, Norveç, Latviya və Ukraynada səfərdə olublar.

Səfər çərçivəsində nümayəndə heyətinə müdafiə və təhlükəsizlik problemlərini əhatə edən müxtəlif məsələlər üzrə Müdafiə, Xarici İşlər nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və ADA Universitetində təqdimatların verilməsi nəzərdə tutulub.

Səfər iyunun 24-dək davam edəcək.

1news.az

Paylaş:
855

Son xəbərlər

Bütün xəbərlər