Şimali Koreya qadağan olunmuş silahların sınaq atəşini keçirib
Şimali Koreya ölkəsinin Şərq sahilindən 2 ortaməsafəli ballistik raketlərin sınağ atəşini keçirib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, birinci sınaq atəşi uğursuz alınıb. Belə ki, raket 150 kilometr uçduqdan sonra dənizə düşüb.
Lakin ikinci atəş uğurlu alınıb və raket 400 kilometrdən çox məsafəni qət edə bilib.
Məlumata əsasən, hər iki raket ortaməsafəli “Musudan” tipli ballistik raket növünə aiddir.
Xatırladaq ki, ötən ay Şimali Koreya 4 uğursuz analoji sınaq atəşi keçirmişdi.
Onu da qeyd edək ki, nüvə silahını gəlişdirməyə cəhd edən Şimali Koreyaya BMT-nin müvafiq qətnaməsi ilə istənilən ballistik raket texnologiyasından istifadə qadağan edilib.
1news.az
541