Ramazan ayının 17-ci gününün duası və iftar vaxtı - FOTO
Bu gün Ramazan ayının on yeddinci günüdür.
1news.az-ın Qafqaz Müsəlmanları İdarəsinin yaydığı Ramazan təqviminə əsasən bü gün iftar vaxtı 20:31-ə təyin olunub.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, sənin üçün oruc tutdum, sənin verdiyin ruzi ilə iftarımı açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
On yeddinci günün duası:
“Allahımməhdini fihi lisalihil-ə’mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-sual ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin!”
Tərcüməsi:
“Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!”
Qeyd edək ki, sabah, Ramazan ayının 18-ci günü üçün imsaq 03:09, iftar vaxtı isə 20:31-nə təyin edilib.
Allah tutduğunuz orucları qəbul etsin!
1news.az