Sarkisyanın dörd yalanı, yaxud erməni xalqı bir riyakarın əsirliyində – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyanın dörd yalanı, yaxud erməni xalqı bir riyakarın əsirliyində – Newtimes.az

13:50 - 23 / 06 / 2016
Sarkisyanın dörd yalanı, yaxud erməni xalqı bir riyakarın əsirliyində – Newtimes.az

Ermənistana indi rəhbərlik edən şəxsin keçmişi də, bu günü də məlumdur. Qaranlıq olanı onun gələcəyidir.

Yalnız ona görə yox ki, illərdir apardığı yarıtmaz və absurd siyasəti ilə erməni xalqını uçurumun kənarına gətirib çıxarıb. Həm də Serj Sarkisyan bir "şüurlu varlıq" kimi çox yanlış işlər görür və iftiralar atır. Bir cümlədə dörd yalan ifadə edən və bunu həya etmədən siyasi tərəfdaş hesab etdiyi ölkələrin başçılarının üzünə deyən birisi Allahın qəzəbindən xilas ola bilərmi?

Bunun cavabını bilmirik, ancaq bir sıra məqamları təhlil etdikdə, bu adamın daxili dünyasını təsəvvür etmək mümkündür. Burada yaxşılıq, xeyirxahlıq, insanlıq, humanizm, kişilik və şərəfdən başqa nə desən var. Görünür, bu xislətin tarixçəsi dərindir. Lakin əsl məqam ondan ibarətdir ki, erməni xalqı və bir sıra böyük dövlətlərin rəhbərləri bu rəzilliyi necə götürürlər? Onların məsuliyyət daşıma sərhədi haraya qədərdir?

Azərbaycanın xarici əlaqələri: niyə yeganə problem Ermənistandır?

Kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında söylədiyi tarixi nitqin müxtəlif müddəalarını analiz etməkdədirlər. Ölkə rəhbərinin irəli sürdüyü ideyaları ekspertlər Azərbaycan xalqının strateji hədəfləri kontekstində qiymətləndirirlər. Mütəxəssislər dövlət başçısının faktiki olaraq azərbaycanlıların, bütövlükdə Azərbaycan dövlətinin və cəmiyyətinin düzgün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətli tezislər ifadə etdiyi, onların reallaşdırılması üçün səmərəli yollar göstərdiyi və bu çərçivədə millət qarşısında duran vəzifələri konkretləşdirdiyi qənaətindədirlər.

Həmin aspektdə Azərbaycanın xarici ölkələrlə əlaqəsinin məzmunu, məqsədləri, strateji hədəfləri və əməkdaşlıq fəlsəfəsi haqqında Prezidentin ifadə etdiyi fikirlər son dərəcə önəmlidir. Dövlət başçısı bununla bağlı Qurultaydakı nitqində bəyan edib: "Bizim xarici ölkələrlə əlaqələrimizdə heç bir problem yoxdur. Hazırda bizim 92 diplomatik nümayəndəliyimiz, 60 səfirliyimiz var. ...Bu səfirliklər, nümayəndəliklər diaspor təşkilatları ilə daim əlaqə saxlamalıdırlar. Ümumiyyətlə, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə, – Ermənistandan başqa, – heç bir problemimiz yoxdur" (bax: Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib / AZƏRTAC, 3 iyun 2016).

Bu həqiqətdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətinin təməlinə elə fəaliyyət prinsipləri qoyub ki, onların hansısa problem yarada biləcəyi istisnadır. Əksinə, müstəqillik illərinin təcrübəsi göstərir ki, dünyanın getdikcə daha çox ölkəsi Bakı ilə münasibətlər qurmağa çalışırlar. Prezidentin vurğuladığı xarici dövlətlərlə diplomatik əlaqələrin inkişafı faktı təsadüfi deyil. Bu, məhz uğurlu və əməkdaşlığa istiqamətlənmiş xarici siyasət kursunun birbaşa nəticəsidir.

Azərbaycan diplomatiyası ardıcıl olaraq ermənilərin türk-müsəlman kimliyinə qarşı əsrlərlə apardığı şər-böhtan kampaniyasına ağır zərbələr vuraraq, dönmədən həqiqətləri dünyaya çatdırmaqdadır. Ölkələr bunları bildikcə, Azərbaycanla sıx əməkdaşlığa can atırlar. Bakıda keçirilən beynəlxalq tədbirlər, əhəmiyyətli idman yarışları azərbaycanlıların əsl kimliyini xaricilərə yaxşı tanıdır. Onlar görürlər ki, erməni təbliğatının tamamilə mənfi aspektdə təqdim etdiyi bu insanlar, cəmiyyət və dövlət yüksək mədəniyyətə, tolerantlığa, dövlətçilik ənənəsinə, ünsiyyət qabiliyyətinə, sivil əlaqələr qurmaq potensialına malikdirlər. Bunun fonunda dünya xalqları düşünürlər: ermənilər azərbaycanlılara niyə qara yaxırlar?

Siyasətçilər isə daha dərinə gedərək sual edirlər: "Niyə Ermənistan Azərbaycan üçün problemə çevrilib?". Faktiki olaraq Prezident İlham Əliyev bu suala IV Qurultaydakı nitqində cavab verib. Hər şeydən əvvəl ermənilərin informasiya sahəsində təxribatlarla məşğul olduğunu diqqətə almaq gərəkdir. Bunun daha çox mənfi təsirini Azərbaycan müstəqilliyinin ilk illərində gördü. Həmin illərin təcrübəsini dərindən öyrənərək informasiya sahəsindəki fəaliyyətlə bağlı nəticələr çıxarmalıyıq. Ölkə başçısı məhz bu vəzifəni qarşıya qoyub.

Sarkisyanın siyasət masasındakı çirkin oyunları: Astanadakı biabırçılıq

İlham Əliyev Qurultayda həmin aspektdə deyib: "Müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya aparır. Bu kampaniyanın tərkib hissəsi o idi ki, Azərbaycanı qaralasınlar, Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, uydurma məlumatları sızdırsınlar və onlar buna müəyyən dərəcədə nail ola biliblər" (bax: əvvəlki mənbəyə).

Dövlət başçısı fikirlərinin təsdiqi kimi 1992-ci ildə ABŞ Konqresinin bədnam və mənfur 907-ci düzəlişi qəbul etməsini göstərib. Prezident həmin sənədlə əlaqəli reallığı əks etdirən və həyəcansız ifadəsi mümkün olmayan cümlələr işlədib. İlham Əliyev konkret söyləyib: "Təsəvvür edin, Ermənistan Azərbaycan torpaqlarını zəbt edir, Xocalı soyqırımını törədir, insanları didərgin salır, etnik təmizləmə aparır, ABŞ Konqresi "Azadlığa dəstək aktı"na düzəliş qəbul edir ki, Azərbaycan Amerika dövlətinin birbaşa yardımından məhrum edilməlidir. Nəyə görə? Ona görə ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Bundan cəfəng və riyakar qətnaməni bəlkə heç bir parlament görməyib" (bax: əvvəlki mənbəyə).

Tarix özü Amerika Konqresinin bu məntiqsiz, əsassız, qərəzli qətnaməsini obyektiv qiymətləndirəcək. Ancaq məsələ ondan ibarətdir ki, indi S.Sarkisyan kimilərinin ağ yalan danışması üçün təkanverici rolunu oynayan faktorlar sırasında məhz 907-ci düzəliş kimi cəfəng sənədlər də var.

Bundan başqa, bir sıra xarici dövlət başçıları erməni yalanını həqiqət kimi qəbul etməyə meylli olublar. Onlar hər vəchlə S.Sarkisyan kimi bəsit siyasi düşüncəli erməni liderləri müdafiə etməyə cəhd göstəriblər. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri iclaslarda bəyan etdikləri mövqeyə, qəbul etdikləri sənədlərə əməl etməyən Ermənistan rəhbərliyinə qarşı heç bir ciddi addım atmayıblar. Bütün bunların nəticəsidir ki, S.Sarkisyan çəkinmədən və həya etmədən bir cümlədə dörd yalan danışır.

Azərbaycan rəhbəri Qurultaydakı nitqində, ümumən, erməni təbliğatının ucuz oyunlar apardığını konkret ifadə edib. Yəni Ermənistan prezidentinin daim yalan danışması fonunda həmin ölkənin siyasətçiləri, rəsmi şəxsləri, jurnalistləri, ekspertləri də eyni riyakarlığı nümayiş etdirməkdədirlər. Məsələn, aprel hadisələri ilə bağlı ermənilərin hərəkətlərini dövlət başçısı İlham Əliyev dəqiq ifadə edib. Prezident söyləyib: "Gah deyirdilər ki, onlar heç bir torpaq itirməyiblər. Gah deyirdilər ki, əksinə, onlar Azərbaycan torpaqlarını zəbt ediblər. Gah deyirdilər ki, onlar qələbə qazanıblar. Sonra deyirdilər ki, torpaqları itiriblər. Sonra deyirdilər ki, bu torpaqların əhəmiyyəti yoxdur. Daha sonra deyirlər ki, əhəmiyyəti var, Azərbaycan o torpaqları qaytarsın. Əgər əhəmiyyəti yoxdursa, Azərbaycan bunu nəyə görə qaytarmalıdır?! Yəni, özlərini tamamilə itiriblər, özlərini belə gülünc ifadələrlə ifşa ediblər (bax: əvvəlki mənbəyə).

Ermənilər, necə deyərlər, "nala-mıxa vururlar". Çünki haqlı deyillər, reallığı görmək istəmirlər, Azərbaycan Ordusunun çox güclü olması faktını nihilist inadkarlıqla qəbul etmək istəmirlər. S.Sarkisyan da elə yalanlar danışır ki, uşaq belə ona inanmaz. O deyib ki, apreldə Azərbaycan təxribat törədib, ancaq "Dağlıq Qarabağ ordusu" vəziyyəti nəzarətə alıb, Bakı da Moskvadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bunların heç birinin həqiqət olmadığını ölkə rəhbəri İlham Əliyev sübut edib.

Dövlət başçısı göstərib ki, atəşkəsin pozulmasında Ermənistan maraqlıdır, çünki o, sülh istəmir. Onlara bununla bağlı təzyiq artanda, status-kvonun dəyişilməli olduğu birbaşa deyiləndə dərhal aranı qatmağa çalışır, təxribatlara əl atırlar. Bilirlər ki, status-kvonun dəyişməsi işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılması ilə nəticələnməlidir (bax: əvvəlki mənbəyə).

S.Sarkisyanın başqa bir yalanı ermənilərin 800 hektar torpaq sahəsini itirməsi ilə bağlıdır. Azərbaycan Prezidenti, əslində, Ermənistan ordusunun 2000 hektar ərazini itirdiyini bəyan edib və "o ərazidə erməni ordusu heç tərpənə bilmir" (bax: əvvəlki mənbəyə).

Növbəti yalan ondan ibarətdir ki, heç bir "Dağlıq Qarabağ ordusu" yoxdur. "Bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün bir mifdir" (bax: əvvəlki mənbəyə). Ermənistan ordusunun işğalçı ekspedisiyası var. Havadarları əllərini onun üzərindən çəkən kimi, sabun köpüyü tək darmadağın olacaq.

Nəhayət, S.Sarkisyanın utanmadan Astanada Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərin təmsilçilərinin, xüsusilə Rusiya nümayəndəsinin önündə guya Azərbaycanın Kremldən döyüşlərin dayandırılmasını xahiş etməsini deməsi bütün siyasi-etik çərçivəni keçən bir nalayiq hərəkətdir. Çünki diplomatlar, əslində, hadisələrin necə baş verdiyini yaxşı bilirlər. Bundan sonra Qazaxıstan, Rusiya və Belarus rəsmiləri S.Sarkisyana necə hörmət edə bilər, onun sözlərinə necə inanarlar? Mümkün deyil. Şübhəsiz ki, onlar S.Sarkisyanı dinlədikcə, ürəklərində deyiblər: "Nə alçaq, səviyyəsiz, şərəfsiz və qeyri-obyektiv adamdır"!

Bu məqamla bağlı reallığı isə İlham Əliyev Qurultayda belə ifadə edib: "Azərbaycan belə bir xahiş etməyib.

Bu təxribat törədiləndən sonra Azərbaycan əks-hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb. Ondan sonra hələ bir iki-üç gün Ermənistan ordusu çalışırdı ki, o mövqeləri geri götürsün. Görəndə ki, buna nail ola bilmir, görəndə ki, böyük itkilər verir, görəndə ki, əgər dayanmasa, daha da böyük torpaqlar itirəcək, Rusiyaya müraciət etdilər. Rusiyanın Baş Qərargah rəisi bizim Baş Qərargah rəisinə zəng etdi, dedi ki, Ermənistan xahiş edir ki, atəşkəs bərpa edilsin və bizim qərargah rəisini Moskvaya danışıqlara dəvət etdi. Ondan sonra Rusiya Prezidenti mənə eyni təkliflə zəng etdi ki, atəş dayandırılsın..." (bax: əvvəlki mənbəyə).

Budur Serj Sarkisyanın aciz və miskin mövqeyi. Onun özünün də, Ermənistanın da taleyi sual altındadır. Çünki bəlkə də dünyanın bütün xalqlarında belə bir deyim var: "yalan ayaq tutar, amma yeriməz"! Erməni xalqı da öz yalançı liderlərindən qurtulmağın çarəsinə baxmalıdır. Başqa halda faciələrdən onu heç kəs xilas edə bilməyəcək!

Newtimes.az

 

Paylaş:
580

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər