Mədəniyyət və Turizm Nazirliyi “ASAN Radio” ilə birgə yeni layihəyə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət və Turizm Nazirliyi “ASAN Radio” ilə birgə yeni layihəyə başlayıb

15:29 - 23 / 06 / 2016
Mədəniyyət və Turizm Nazirliyi “ASAN Radio” ilə birgə yeni layihəyə başlayıb

Mədəniyyət və Turizm Nazirliyi “ASAN Radio” ilə birgə yeni layihəyə start verib.

1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, layihə çərçivəsində hər həftənin çərşənbə günü saat 19:00-dan 20:00-dək “ASAN Radio”da “Mədəni turizm” adlı veriliş efirə gedəcək.

İlk veriliş artıq 22 iyun 2016-cı il tarixində səslənib və Azərbaycanın daxili turizminə həsr olunub.

Verilişdə eyni zamanda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və Səbahət Novruzova adlı dinləyici viktorinanın suallarını cavablandıraraq Qobulənd İstirahət Mərkəzinə 2 nəfərlik tam pansion hədiyyə vauçeri əldə edib.

Verilişin hazırlanmasının digər vacib xüsusiyyətlərindən biri də odur ki, istənilən dinləyici Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə veriliş vasitəsilə canlı efirdə müraciət ünvanlaya bilər.

Bildiririk ki, hal-hazırda yay turizm mövsümü olduğundan turizm mövzusu daha aktualdır və yay aylarında daha çox turizmin inkişafı, mövcud problemlər və gələcək perspektivlər mövzusuna toxunulacaq.

Sentyabr ayından etibarən isə mədəniyyət və incəsənət müəssisələri tətildən qayıtdıqdan sonra verilişdə həm müxtəlif teatr, konsert, muzey və sərgi salonlarına dəvətnamələr təqdim ediləcək, həm də Azərbaycanın zəngin mədəni irsi, incəsənəti haqqında geniş müzakirələr aparılacaq.

1news.az

Paylaş:
495

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər