Abid Şərifov: "Bakıda FHN-in rəyi olmadan istismara verilən 100-ə yaxın bina var" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Abid Şərifov: "Bakıda FHN-in rəyi olmadan istismara verilən 100-ə yaxın bina var"

15:40 - 23 / 06 / 2016
Abid Şərifov: "Bakıda FHN-in rəyi olmadan istismara verilən 100-ə yaxın bina var"

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyi olmadan istismara verilən binaların sayında ciddi azalma müşahidə olunur.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən,  bunu baş nazirin müavini Abid Şərifov deyib.

Baş nazirin müavini qeyd edib ki, təkcə Bakı şəhərində 6-7 ay bundan öncə bu cür binaların sayı 300-ə yaxın olub:

"Bu məsələ Nazirlər Kabinetində aidiyyatı qurumların nümayəndələri ilə keçirilən görüşdə müzakirə olundu və görülən tədbirlər nəticəsində hazırda bu cür binaların 100-ə enib. Bu istiqamətdə ciddi işlər aparılır. Bu sahədə problemlər var. Məsələn, bəzi binalar yarımçıq tikilib, bəzilərinin lifti yoxdur, digərlərində başqa çatışmazlıqlar var".

1news.az

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər