Almaniya XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib
Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə ATƏT-in Almaniyadakı sədrliyinin Twitter-dəki mikrobloqunda bildirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də qatıldığı görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üzrə müzakirələr aparılıb.
1news.az
603