Rusiya XİN-i Türkiyənin xarici işlər nazirini danışıqlara dəvət edib
Rusiyanın xarici işlər nazirinin müavini Vasiliy Nebenzya Soçidə keçirələcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin xarici işlər nazirlərinin toplantısında Türkiyə və Ukraynanın xarici işlər nazirlərini gözlədiklərini deyib.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi məlumata əsasən, onun sözlərinə görə, Türkiyə tərəfindən müşavirədə iştiraka müsbət cavab gəldiyi təqdirdə, Rusiya bu ölkənin XİN-i ilə ikitərəfli danışıqlar keçirməyə hazırdır.
“Biz bütün nazirləri, həmçinin Türkiyənin və Ukraynanın nazirlərini dəvət etmişik, lakin hələ cavab almamışıq. Düşünürəm ki, bu və yaxud ən geci gələn həftə hər şey aydın olacaq.
Təşkilatın formatının ikitərəfli görüşlərin keçirlməsini nəzərdə tutmadığına baxmayaraq, əgər türkiyəli nazir Soçiyə gəlsə bizim nazirlə danışmaq arzusunda olacaq. Və biz bu imkanı yaradacağıq, çünki heç kimdən qaçmırıq, gizlənmirik və hər bir danışıq üçün açığıq”, - deyə Nebenzya əlavə edib.
Qeyd edək ki, XİN rəhbərlərinin müşavirəsi cari ilin iyulun 1-də Rusiyanın Soçi şəhərində baş tutacaq.
Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın vurulan Rusiya təyyarəsi ilə bağlı hər hansısa üzrxahlıqdan və ya təzminatdan söz gedə bilməyəcəyini deyib
1news.az