Buylarla narkotik maddə daşınmasının qarşısı alınıb
Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1news.az-ın məlumatına görə, iyun ayının 20-də qabaqlayıcı əməliyyat məlumatı əsasında Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi Cənub şöbəsinin sərhəd gözətçi kateri ilə buylara baxış zamanı 2 bağlamada 476 qram həşişə və 112 qram kakosa oxşar narkotik maddələr aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1news.az
691