Masallının Sirəbil kəndinə ilk dəfə təbii qaz verilib
İyunun 23-də Masallı rayonunun Sirəbil kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 144 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 8922 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
1news.az
434