Strasburqda Avropa Şurası-Azərbaycan əlaqələrinin inkişafına dair müzakirələr aparılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Strasburqda Avropa Şurası-Azərbaycan əlaqələrinin inkişafına dair müzakirələr aparılıb - FOTO

21:17 - 23 / 06 / 2016
Strasburqda Avropa Şurası-Azərbaycan əlaqələrinin inkişafına dair müzakirələr aparılıb - FOTO

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sədri Pedro Aqramunt ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdən sonra Səməd Seyidov bildirib ki, AŞPA sessiyası çərçivəsində qurumun sədri ilə keçirilən görüşlər Avropa Şurası-Azərbaycan münasibətlərinə öz töhfəsini verir və ikitərəfli əlaqələr daha da inkişaf edir.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı müzakirələr aparılıb. AŞPA çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünün təşkilinin zəruriliyi qeyd olunub.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Azərbaycan tərəfi belə görüşlərə çoxdan hazırdır, ancaq hər dəfə Ermənistan nümayəndə heyəti bu görüşlərdən imtina edir. Amma gec-tez Ermənistan nümayəndə heyəti masa arxasında oturmalı olacaq.

“Növbəti sessiyada belə bir görüşün təşkil olunmasına, münaqişə ilə bağlı, eləcə də hər iki ölkənin nümayəndə heyətlərinin AŞPA-dakı fəaliyyətlərinə dair parlament səviyyəsində müzakirələr aparmağa çalışırıq”, - deyə S.Seyidov bildirib. O qeyd edib ki, görüş zamanı Azərbaycanda həyata keçirilən son islahatlar, ölkəmizdəki inkişaf prosesləri haqqında da fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri belə görüşləri ölkəmizin nüfuzunun, gördüyü işlərin yüksək dəyərləndirilməsi kimi səciyyələndirib.

1news.az

Paylaş:
561

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər