Azərbaycan Xalça Muzeyində “Ailəvi festival” keçiriləcək – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Xalça Muzeyində “Ailəvi festival” keçiriləcək – FOTO – VİDEO

11:56 - 23 / 06 / 2016
Azərbaycan Xalça Muzeyində “Ailəvi festival” keçiriləcək – FOTO – VİDEO

25-26 iyun tarixlərində Azərbaycan Xalça Muzeyində ilk “Ailəvi festival” keçiriləcək.

1news.az-ın verdiyi məlumata əsasən, bu yeni təşəbbüsün məqsədi, “muzey” anlayışının sərhədlərinin genişləndirilməsi və buranı ailəvi istirahət üçün maraqlı bir yerə çevirməkdir.

Əcnəbi ölkələrdən fərqli olaraq, Azərbaycan muzeylərində faktiki olaraq ailələr üçün nəzərdə tutlmuş proqramlar mövcud deyil, uşaqlar isə əsasən muzeylərə həmyaşıdları ilə birgə məktəb ekskursiyaları çərçivəsində gəlirlər.

Azərbaycan Xalça Muzeyində uşaq muzeyinin proqramı və uşaq dərnəkləri mövcuddur.

Xüsusi olaraq aliəvi festival üçün uşaq muzeyi “valideyn + övlad” cütlüyü üçün nəzərdə tutulmuş müəyyən proqramlar hazırlayıb.

Muzeyin ekskursiya bölməsi nümayiş olunan kolleksiya və xalça tarixi ilə yaxından tanış olmaq üçün 20 dəqiqəlik kiçik turlar təqdim edəcək.

Proqram çərçivəsində xüsusi olaraq dəvət olunan qonaqlar – uşaqlarla işləyən şirkətlər (“Temel” uşaq mərkəzi,  “XXI Əsr” Art-Studiyası), xalçaları və milli tekstili öyrənən entuziastlar (milli geyimləri və kəlağayıları kolleksiya edən Ruslan Hüseynov və Fuad Cəbrayılov), stolustu oyunların iştiraçıları (Sənan Mahmudov və Ayla Mirzəzadə), illyustrator və animator Aidə Əmirova və bir çox başqa şəxslər iştirak edəcək.

Festival proqramının kuratoru Əsli Səmədovadır. Festivalda həmçinin onun müəllif layihəsi olan, UNESCO və xarici muzeylərin dəstəyi ilə hazırlanmış “Milli irsimiz” layihəsinin təşəbbüsləri nümayiş olunacaq.

Söhbət Nyu-Yorkun Metropoliten muzeyində tətbiq olunan “Gözəllik detallarda” adlı xüsusi ailəvi marşrut xəritəsindən, Londonun Viktoriya və Albert muzeyində keçirilən assosiativ oyundan, muzey kolleksiyasının foto-kvestindən, xüsusi rəngləmələr və pazzlardan, “Art-Detektiv” konkursundan və başqa şeylərdən gedir.

Bundan əlavə, ölkədə ilk dəfə olaraq festivalda Avropanın elm muzeləri assosiyasiyasının (ECSITE) üzvlərinin materialları əsasında yaradıcılıq seminarları təqdim olunacaq. Həmçinin 18-ci əsrdə Şuşada “əjdaha” xalçalarının ərsəyə gəirilməsi sirlərindən və zaman içində səyahətdən bəhs edən “Əli və Zümrüdün sehirli xalçası” nağılının müəllif oxunuşu təşkil ediləcək.

Tədbirlərin əksəriyyəti 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub, lakin 3 yaşdan başlayaraq məktəbəqədər uşaqlar üçün də proqramlar var. Məktəbəqədər uşaqlar üçün proqramların bir çoxu valideynin iştirakını da nəzərdə tutur. Praktiki olaraq bütün tədbirlər 3 dildə - azərbaycan, ingilis və rus dillərində nəzərdə tutulub, hər tədbir barədə ətraflı məlumat isə yaxın zamanda muzeyin saytında və Feysbuk-səhifəsində yerləşdiriləcək.

İki günlük abonement 25 və 26 iyun tarixlərində saat 11:00-dan 19:00-dək festivalda iştirak etməyə və muzeyin daimi sərgisini izləməyə imkan yaradır. Bununla birgə, festivalın yalnız bir gününə də bilet əldə etmək olar.

Biletlər muzeyin kassasında satılır və həmçinin onlar festival günləri muzzeydə almaq olar.

Ətraflı məlumat üçün (012) 497-20-57 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

1news.az

 

Paylaş:
1018

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər