Böyük Britaniya Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirir
Bu gün Böyük Britaniyada ölkənin Avropa İttifaqına üzvlüyü barədə referendumla bağlı səsvermə məntəqələri açılıb.
1news.az-ın Britaniya mətbuatına istinadən verdiyi xəbərə əsasən, ölkənin vətəndaşları referendum çərçivəsində Birləşmiş Krallığın Avropa İttifaqında qalması və ya qurumu tərk etməsi barədə suala cavab verəcəklər.
Səsvermədə 46,5 milyon insan, həmçinin səsvermə hüququ olan 24,1 min Cəbəllütariq sakini iştirak edə biləcək.
İlkin sorğulara əsasən, ölkənin Avropa İttifaqında qalması tərəfdarlarının və əleyhdarlarının sayı təxminən eynidir.
Lakin ölkəsinin qurumu tərk etməsi tərəfdarlarının sayı gündən günə artırdı.
Referendum ərəfəsində Böyük Britaniyanın Avropa İttifaqında qalmasını istəyənlər təşviqatlarını kəskin şəkildi gücləndiriblər.
Brexit-ə qarşı hökumət nümayəndələri və bir sıra iri biznesin təmsilçiləri çıxış ediblər.
1news.az