Avropa çempionatında bütün 1/8 finalçıların adı məlum oldu | 1news.az | Xəbərlər
Futbol

Avropa çempionatında bütün 1/8 finalçıların adı məlum oldu

12:23 - 23 / 06 / 2016
Avropa çempionatında bütün 1/8 finalçıların adı məlum oldu

Avropa çempionatında qrup mərhələsinin oyunlarına yekun vurulub.

1news.az-ın məlumatına görə, E və F qrupundakı qarşılaşmalardan sonra 1/8 finala çıxacaq bütün komandaların adına aydınlıq gəlib.

İlk olaraq F qrupunda Macarıstan Portuqaliya ilə üz-üzə gəlib. Hərəyə üç dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar. Hər iki komanda 1/8 finala vəsiqə qazanıb.

İslandiya isə Avstriya ilə qarşılaşıb. Son dəqiqə qolu ilə Avstriyanı məğlub edən İslandiya qrupda ikinci yeri tutub və 1/8 finala vəsiqə qazanıb.

E qrupunda isə liderliyi təmin etmiş İtaliya ilə İrlandiya üz-üzə gəlib. Bu görüşdə İrlandiya qalib gələrək 4 xalla ən yaxşı üçüncü olub və 1/8 finala vəsiqəni təmin edib. Belçika isə İsveçlə qarşılaşmada minimal hesabla qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Avropa çempionatı - 2016

22 iyun

F qrupu

İslandiya - Avstriya - 2:1

Qollar: Bödvarsson, 18, Traustason, 90+4 - Şöpf, 60

Macarıstan - Portuqaliya - 3:3

Qollar: Gera, 18, Cucak, 47, 55 - Nani, 41, Ronaldo, 50, 62

 

E qrupu

İtaliya - İrlandiya - 0:1

Qol: Bredi, 85

İsveç - Belçika - 1:0

Qol: Naynqolan, 84

Qeyd edək ki, Avropa çempionatının 1/8 finalına A qrupundan Fransa, İsveçrə, B qrupundan Uels, İngiltərə, Slovakiya, C qrupundan Almaniya, Polşa, Şimali İrlandiya, D qrupundan Xorvatiya, İspaniya, E qrupundan İtaliya, Belçika, İrlandiya, F qrupundan isə Macarıstan, İslandiya və Portuqaliya komandaları vəsiqə qazanıblar.

1news.az

 

Paylaş:
646

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər