NaturalGasEurope: Azərbaycan Cənub qaz dəhlizindən 30 – 50 milyard dollar gəlir gözləyir
Azərbaycan ümid edir ki, Cənub qaz dəhlizindən (CQD) gələcək gəlir 50 milyard dollardan çox olacaq.
1news.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, hətta ən pessimistik proqnozlara əsasən, Azərbaycan 25 il ərzində CQD-dan ən azı 30 milyard dollar əldə edəcək.
Məqalədə qeyd edilir ki, CQD “Şahdəniz” yatağının işlənməsinin ikinci fazasına söykənir və bura Cənubi Qafqaz borusunun (SCPX)genişlənməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriaik boruları daxildir.
“Şahdəniz” yatağının işlənməsində Azərbaycanın payı 16,7%, TANAP layihəsində - 58%, TAP-da isə - 20% təşkil edir.
SCPX-nin həyata keçirilməsi üçün xərclərin 39,1 milyard dollar təşkil edəcəyi güman edilir ki, bunun 9 milyard dolları Azərbaycan tərəfindən investisiya ediləcək.
“Öz növbəsində, ölkə, gözlənildiyi kimi, neft qiymətlərindən və digər təchizatçılar tərəfindən SCPX vasitəsi ilə nəql ediləcək qaz müqabilində gələcək əlavə gəlirlərdən asılı olaraq 30 milyard dollardan 50 milyard dollaradək gəlir əldə edəcək”, - deyə SOCAR şirkətində qeyd ediblər.
Proqnozlara əsasən, “Şahdəniz”-in ikinci fazası çərçivəsində 2018-ci ilə 16 milyard kub metr qazın hasil edilməsi gözlənilir ki, bunlardan 9 milyard kub metri Türkiyəyə, qalanı isə Avropa İttifaqına nəql ediləcək.
Bundan əlavə, qazdan gələn gəlirlər nəzərə alınmasa belə və 2020-2030-cu illərdə 1 barrel neftin qiyməti $60 dollar olacağı təqdirdə, SCPX-nın səhmdarları 10 ərzində yalnız kondensatın ixracından 26 milyard dollar gəlir əldə edəcəklər. 1 barrel neftin qiyməti $80 olarsa əldə olunan gəlir 35 milyard dollara bərabər olacaq.
Alınan məlumata görə, digər təchizatçı ölkələrin qazının Azərbaycan ərazisindən nəql olunacağını nəzərə alsaq, gəlir daha da artmış olacaq.
Azərbaycan dəfələrlə bəyan edib ki, SCPX digər təchizatçılar üçün açıqdır.
TANAP borusun illik tranzit buraxma gücü 31 milyard kub metr, TAP borusunun isə - 2o milyard kub metr təşkil edir.
1news.az