“Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilib

18:39 - 24 / 06 / 2016
“Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilib

Azərbaycan Respublikasının Milli Məclisi “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata əsasən, qanunda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1396-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 475; 2001, № 11, maddə 676; 2002, № 5, maddə 258; 2004, № 3, maddə 133; 2005, № 10, maddə 871; 2009, № 2, maddə 46; 2010, № 3, maddə 178; 2014, № 4, maddə 329) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin ikinci abzasına “digər hərəkətlər” sözlərindən sonra “(terror aktı)” sözləri əlavə edilsin.

2. 1-ci maddənin yeddinci və doqquzuncu (hər iki halda) abzaslarında, 9-cu maddənin birinci hissəsinin 4-cü bəndində, 10-cu maddənin birinci və üçüncü hissələrində, 11-ci maddənin birinci hissəsində və 18-ci maddədə ismin müvafiq hallarında “terror aksiyaları” sözləri ismin müvafiq hallarında “terror aktları” sözləri ilə əvəz edilsin.

3. 1-ci maddənin yeddinci abzasında və 12-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında “terror aksiyası” sözləri “terror aktı” sözləri ilə əvəz edilsin.

4. 1-ci maddənin doqquzuncu abzasında “aksiyalarda” sözü “aktlarda” sözü ilə, 9-cu maddənin birinci hissəsinin 4-cü bəndində “aksiyaların” sözü “aktların” sözü ilə əvəz edilsin.

5. 11-ci maddənin və III Fəslin adlarında, 13-cü maddənin adında və birinci – dördüncü hissələrində “Terror aksiyaları” sözləri “Terror aktları” sözləri ilə əvəz edilsin”.

1news.az

 

Paylaş:
410

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər