Dollar manata qarşı bahalaşmaqda davam edir, avro və funt sterlinq ucuzlaşıb – CƏDVƏL | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dollar manata qarşı bahalaşmaqda davam edir, avro və funt sterlinq ucuzlaşıb – CƏDVƏL

10:28 - 24 / 06 / 2016
Dollar manata qarşı bahalaşmaqda davam edir, avro və funt sterlinq ucuzlaşıb – CƏDVƏL

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

1news.az-ın Banka istinadən verdiyi xəbərə görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5332 manat təşkil edib.

Avro isə Britaniyada keçirilən referondumdan sonra manata nisbətən kəskin zəifləyib. Avrozonanın vahid valyutası manata nisbətən 3,2% ucuzlaşaraq 1,6787 manat olub.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 3% zəifləyərək 0,0230 manat olub.

Türkiyə lirəsi də manata nisbətən zəifləyib. Belə ki, qardaş ölkənin milli valyutası 2,4% zəifləyərək 0,5164 manata enib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0530 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 9,3%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisi isə 0,2% bahalaşaraq 0,6875 manat təşkil edib.

24.06.2016 tarixdən etibarən
Valyuta Kod Kurs  
1 ABŞ dolları USD 1.5332
1 Avro EUR 1.6787
1 Avstraliya dolları AUD 1.1244
1 Argentina pesosu ARS 0.1066
100 Belarus rublu BYR 0.0078
1 Braziliya rialı BRL 0.4591
1 BƏƏ dirhəmi AED 0.4174
1 Cənubi Afrika randı ZAR 0.1001
100 Cənubi Korea vonu KRW 0.1301
1 Çexiya kronu CZK 0.062
100 Çili pesosu CLP 0.229
1 Çin yuanı CNY 0.2318
1 Danimarka kronu DKK 0.2258
1 Gürcü larisi GEL 0.6875
1 Honq Konq dolları HKD 0.1976
1 Hindistan rupisi INR 0.0225
1 İngilis funt sterlinqi GBP 2.053
100 İndoneziya rupiası IDR 0.0114
100 İran rialı IRR 0.005
1 İsveç kronu SEK 0.1772
1 İsveçrə frankı CHF 1.5774
1 İsrail şekeli ILS 0.392
1 Kanada dolları CAD 1.1747
1 Küveyt dinarı KWD 5.0983
1 Qazaxıstan tengəsi KZT 0.0045
1 Qırğız somu KGS 0.0227
100 Livan funtu LBP 0.1018
1 Malayziya rinqqiti MYR 0.3725
1 Meksika pesosu MXN 0.0796
1 Moldova leyi MDL 0.0779
1 Misir funtu EGP 0.1727
1 Norveç kronu NOK 0.1766
100 Özbək somu UZS 0.0523
1 Polşa zlotası PLN 0.3752
1 Rusiya rublu RUB 0.023
1 Sinqapur dolları SGD 1.1256
1 Səudiyyə Ərəbistanı rialı SAR 0.4088
1 SDR (BVF-nun xüsusi borcalma hüquqları) SDR 2.18
1 Türk lirəsi TRY 0.5164
1 Tayvan dolları TWD 0.0472
1 Tacik somonisi TJS 0.1951
1 Yeni türkmən manatı TMT 0.4558
1 Ukrayna qrivnası UAH 0.0617
100 Yapon yeni JPY 1.5143
1 Yeni Zelandiya dolları NZD 1.0712
Qızıl XAU 1935.1284
Gümüş XAG 27.3063
Platin XPT 1476.4716
Palladium XPD 858.592

1news.az

 

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər