Uşaqlar üçün cizgi filmləri və kitab festivalı təşkil edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaqlar üçün cizgi filmləri və kitab festivalı təşkil edilib

14:38 - 28 / 06 / 2016
Uşaqlar üçün cizgi filmləri və kitab festivalı təşkil edilib

26 - 27 iyun tarixlərində uşaqlar üçün cizgi filmləri və kitab festivalı təşkil edilmişdir.

1news.az-ın məlumatına görə, tədbir “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “ABŞ-da Təhsil Almış Məzunlar” ictimai birliyinin və “Level Up School of Professional Studies and Business” Təhsil Şirkətinin təşkilati dəstəyi ilə baş tutub.

Qeyd edək ki, “Bakcell”  və “Hesab.az” şirkətlərinin də yaxından dəstək verdiyi layihənin məqsədi uşaqlar və onların valideynləri arasında milli cizgi qəhrəmanlarını və oxu mədəniyyətini təbliğ etməklə onların intellektual, sosial və mədəni inkişafına dəstək olmaq, eyni zamanda, bu layihə vasitəsi ilə uşaqlar və valideynlər arasında korporativ sosial məsuliyyət daşıyan biznes qurumları haqqında məlumatlılıq səviyyəsini artırmaqdır.

Festivalda 6-16 yaş həddində olan 100-dən artıq Azərbaycanlı uşaqlar və onların valideynləri iştirak edib.

Festivalda fəal iştirakı ilə fərqlənən 10 nəfər uşaq seçilərək diplomlar və xüsusi hədiyyələr ilə təltif olunublar. Festivalda iştirak edən digər uşaqlara sertifikatlar təqdim edilib.

1news.az

Paylaş:
507

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər