Balakəndə həmkəndlilərini döyüb telefonunu alan şəxslər tutulub
Balakən rayonunda həmkəndlilərinə qarşı quldurluq edən şəxslər saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, mayın 13-də Balakən rayonunun Katex kənd sakini Zaur Həsənov Rayon Polis Şöbəsinə müraciət edib mayın 2-də kənd ərazisində bir neçə nəfərlə mübahisə etməsini və bu zaman mobil telefonunu itirməsini bildirib.
Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Z.Həsənovun həmkəndliləri Cumali Əbəçiyev və Coşqun Əbəçiyev tərəfindən döyülüb mobil telefonunun alınması müəyyən edilmiş və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tutulublar.
1news.az
540