Pan Gi Mun: "BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından narahatdır" | 1news.az | Xəbərlər
Siyasət

Pan Gi Mun: "BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından narahatdır"

15:11 - 28 / 06 / 2016
Pan Gi Mun: "BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından narahatdır"

BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulması hallarından narahatdır.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Munun bu gün Vyanada işinə başlayan ATƏT-in təhlükəsizlik konfransı iştirakçılarına ünvanladığı və Cenevrədə BMT ofisinin baş direktoruMixael Mollerin oxuduğu məktubda deyilir.

Baş katib müraciətində, həmçinin rəhbərlik etdiyi təşkilatın ATƏT-in münaqişələrin həlli və regiondakı digər vacib məsələlər üzrə səylərini dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

1news.az

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər