Göyçayda saxta əsginazlarla bazarlıq edən şəxslər tutulub
Polis əməkdaşları saxta əsginazlarla bazarlıq edən şəxsləri saxlayıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon sakinləri S.Mikayılovaya və C.Mütəllimova məxsus mağazaya 70 manat saxta əsginaz verib ərzaq məhsulları almış Bakı şəhər sakini Mövlan Fərhadov, İsmayıllı rayon sakinləri Təvəkkül İsmayılov, Eybalı Eybalıyev və Emin Soltanov tutulub.
Onlardan 4 ədəd 100, 3 ədəd 50, 2 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5 və 6 ədəd 1 manatlıq saxta əsginazlar aşkar edilərək götürülüb.
Habelə T.İsmayılovun Gəndov kəndindəki evinə baxış zamanı 2 ədəd 100, 10 ədəd 50 və 5 ədəd 20 manatlıq saxta əsginaz və müxtəlif texniki avadanlıqlar aşkar edilərək götürülüb.
1news.az