“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib

10:35 - 28 / 06 / 2016
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanını “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 153-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 20; 2003, № 10, maddə 585; 2008, № 8, maddə 716) 2-ci hissəsinin dördüncü abzasından “6-cı maddəsinin ikinci hissəsinin beşinci abzasında və” sözləri çıxarılsın”.

1news.az

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər