Matvienko: “Üzr geçikmiş olsa da, heç olmamasından yaxşıdır”
Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Türkiyənin prezidenti Rəcəp Tayip Ərdoğanın Rusiya prezidentinə ünvanladığı məktubun Ankara-Moskva münasibətlərinin düzəlməsi üçün zəmin yaradacağını bildirib.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, onun fikrincə, üzr geçikmiş olsa da, heç olmamasından yaxşıdır.
“Bu zaman çərçivəsində qarşılıqlı münasibətlərimiz bəzi mənfi proseslərdən keçdi, olan güvən itirildi. Lakin, yenə də, bu məktub Rusiya və Türkiyənin bağlarının bərpa olunması üçün zəmin yarada bilər.
Edilənlərin mahiyyəti anlaşıldığına görə bu məktubu müsbət qəbul edə bilərik. Rusiya prezidentinə məktubunda R.T.Ərdoğan üzrlərini dilə gətirdi, həyatını itirən pilotun ailəsinə baş sağlığı verdi, vəziyyətin düzəlməsini istədiyini qeyd etdi və Rusiya ilə dostluq münasibətlərinin düzəlməsi üçün əlindən gələni etməyə hazır olduğunu bildirdi”, - deyə Matviyenko əlavə edib.
1news.az