Mübariz Əhmədoğlu: Qərb katolik kilsəsi vasitəsilə Rusiyanın Ermənistandakı təsirini azaltmaq niyyətindədir
Vatikandakı katolik ermənilər özlərinin saxtalaşdırmaq qabiliyyətlərin aşkar nümayiş etdirdilər.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Roma Papası Fransiskin Ermənistana səfərini şərh edərkən deyib.
Roma Papasının Ermənistana səfəri ərəfəsində və səfər zamanı “erməni soyqırımı” terminini işlətmədiyini deyən politoloqun sözlərinə görə, Papanın işlətdiyi “soyqırım” termini ümumi anlamdadır. Papa B.Obama kimi “Mes Yeqern” terminindən istifadə elədi:
“Roma Papası o cümlədən Vatikan rəsmiləri “birinci xristian ölkəsinə səfər” terminini yalnız deviz kimi işlətdilər. Papa müasir təbliğat klişelərinə uyan adamdır. onun istənilən ölkəyə səfəri müəyyən devizlə müşayiət olunur. Vatikandakı erməni katolikləri “bu birinci xristian ölkəsinə xoş gəlmisiniz” devizini doğrudan da səfərin loqotipinə çevirə bilmişdilər”.
M.Əhmədoğlu bildirib ki, səfər ermənilərin milli məsələdə manevr qabiliyyətlərini üzə çıxardı. Bəlli oldu ki, ermənilər möhtəşəm güc qarşısında hətta “erməni soyqırımı” terminindən də imtina etməyə hazırdırlar. “Erməni soyqırımı” terminini işlətməyən şəxs böyük nüfuz və hörmət sahibidirsə, ermənilər bunu başa düşə bilərlər.
Ermənilərin Papanın da qarşısında riyakarlıqdan əl çəkmədiklərini deyən politoloqun sözlərinə görə, 1987-ci ilin 25 dekabrınadək üç gün ərzində 240 min azərbaycanlını Ermənistan SSR ərazisindən deportasiya edən, Avropa İttifaqı və ABŞ-dan Suriya ermənilərinə qaçqın adı ilə pul alan ermənilər Yaxın Şərqdə qaçqın məsələsində Roma Papasına dəstək verirlər:
“Dünya erməniliyinin az qala molekullara qədər parçalanmaq vəziyyətində olmasından katoliksizmin xeyrinə istifadə etməmək günah olardı. Ermənilərin dini və milli birliyi barədə deyilənlər mifdir. Dünyada elə bir din və ya sekta yoxdur ki, onların təmsilçiləri sırasında çoxsaylı ermənilər olmasın. Ermənilərin bir qrupu özlərini Qriqorianlıq dininin təmsilçisi hesab edir, digər qrupu Qriqorianlığın pravoslavlığa yaxın olduğunu iddia edir, başqa bir qrup erməni Qriqorianlığının pravoslavlıqla katoliksizmin ortasında olduğunu iddia edir.
8 milyonluq dünya erməniliyinin 1 milyon nəfəri katolikdir.
Protestantların, lüteranların sırasında ermənilər heç də az deyil. Eləcə də xırda dini sektaları nəzərə almırıq. Amşen ermənilər islam dinindədirlər”.
M.Əhmədoğlu bildirib ki, Gümrüdə katolik kilsəsini S.Sərkisyana tikdirməkdə də Roma Papasının əsas məqsədi erməni xalqını tədricən katoliksizmə dəvət etdirmək, katoliklərin sırasını artırmaqdır. Gümrüdəki katolik kilsəsi təkcə Ermənistandakı katolikləri deyil, Cənubi Qafqaz, Rusiya, Türkiyə və Şərqi Avropanın əksər dövlətlərindəki katoliksizmi koordinasiya edən kilsədir.
Gümrüdə Rusiyanın hərbi bazasının olmasını xatırladan politoloq bildirib ki, Qərbin bəzi dairələri hətta Vatikanı Rusiyaya qarşı qoya biliblər və onlar bundan istifadə edərək katolik kilsəsi vasitəsilə Rusiyanın Ermənistandakı təsirini azaltmaq niyyətindədir:
“Roma Papasının Ermənistana səfəri zamanı bəlli oldu ki, ermənilər həqiqətən robotlar sosiumudur. Təxminən 100-150 il bundan qabaq yaradılmış robotlar cəmiyyətidir. Bu fikri təhqir anlamında deyilmir. Həqiqətən ermənilərin davranışı robotların davranışına bənzəyir. İnanmaq istəyirik ki,Vatikanın başçısı Papa Fransiskin bu robot sosiumun proqramını dəyişməyə gücü çatacaq.
Ümid etmək istəyirik ki, Roma Papasının Ermənistana səfəri Ermənistana sülh gətirəcək. Ermənistana sülhün gəlməsi regiona sülhün gəlməsi anlamındadır. Amma Roma Papası bu istiqamətdə hədsiz çox işlər görməli olacaq. Çünki sülhün atributu ağıldır, normal dövlətçilik şüurudur, müstəqil dövlətçilikdir, qonşularla və müxtəlif dinlərlə birgə yaşayışdır. Ermənilərdə bu vaxtadək bu olmayıb”.
1news.az