Neftçalada qanunsuz qum daşınması ilə bağlı inzibati araşdırmalara başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada qanunsuz qum daşınması ilə bağlı inzibati araşdırmalara başlanılıb

16:01 - 29 / 06 / 2016
Neftçalada qanunsuz qum daşınması ilə bağlı inzibati araşdırmalara başlanılıb

Bəzi kütləvi informasiya vasitələrində Neftçala rayonunun Şirvan kəndi ərazisindən qanunsuz qum daşınması ilə bağlı yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən operativ olaraq yerində araşdırılıb.

1news.az xəbər verir ki, Nazirliyin əməkdaşlarının apardığı  araşdırma zamanı Neftçala rayonu Şirvan kəndinin şimalında, Xəzər dənizinin sahilində qanunsuz qazıntı işlərinin aparılması və qum daşınması faktı öz təsdiqini tapıb. Aşkar olunmuş faktla əlaqədar nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilərək inzibati araşdırmalara başlanılıb.

Eyni zamanda, qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə rayon ərazisinə daha yaxşı bələd olan, rayonda baş verən bu cür hadisələrə cavabdehlik daşıyan Neftçala rayon Polis Şöbəsinə və  Neftçala rayonu Şirvanlı kəndinin də daxil olduğu Yenikənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, həmçinin kənd bələdiyyəsinə qanunsuz qum daşınmalarına son qoyulması üçün müraciət olunub.

“Əminik ki, rayon hüquq-mühafizə və icra orqanları öz səlahiyyətləri çərçivəsində rayon ərazisində baş verən qanunsuz qum daşınmasının qarşısının alınmasına və təqsirkarların müəyyən edilərək cəzalandırılmasına nail olacaq”- deyə, nazirlikdən bildiriblər.

Qeyd edək ki, sözügedən ərazi Nazirliyin aidiyyəti qurumu tərəfindən nəzarətə götürülüb və qanun pozucuları müəyyənləşdirildikdən sonra həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq  maddəsinə əsasən inzibati qaydada cərimə və təbiətə vurduqları ziyana görə iddia tətbiq ediləcək.

ETSN KİV nümayəndələri tərəfindən ətraf mühitə qarşı törədilən qanun pozuntularına vaxtında reaksiya verilməsini və belə halların ictimai qınaq obyektinə çevrilməsini təqdir edir və minnətdarlıq bildirir.

1news.az

Paylaş:
372

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər