Bakıda 32 yaşlı oğlanı elektrik cərəyanı vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 32 yaşlı oğlanı elektrik cərəyanı vurdu

09:50 - 29 / 06 / 2016
Bakıda 32 yaşlı oğlanı elektrik cərəyanı vurdu

Bakıda 32 yaşlı oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin təhlükəsizlik qaydalarını pozaraq yüksək gərginlikli transformatora yaxınlaşması  nəticəsində elektrik cərəyanı vuraraq vəfat edib.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1984-cü il təvəllüdlü Stalistav Aleksandr Sergeyeviçin cəsədini transformatorun qoruyucu mühafizə zolağından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər