Danimarkada yaşayan azərbaycanlılar ölkə rəhbərliyinə etiraz məktubu göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

Danimarkada yaşayan azərbaycanlılar ölkə rəhbərliyinə etiraz məktubu göndərib

12:41 - 29 / 06 / 2016
Danimarkada yaşayan azərbaycanlılar ölkə rəhbərliyinə etiraz məktubu göndərib

Danimarkada fəaliyyət göstərən “Vətən” və “Odlar yurdu” cəmiyyətləri bu ölkədəki azərbaycanlılar adından faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı bir sıra qurumlara etiraz məktubu göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata əsasən, BMT Baş katibinə, Danimarka Xarici İşlər Nazirliyinə, Parlament rəhbərinə və millət vəkillərinə ünvanlanan məktubda Ermənistanda faşist generalına heykəl qoyulması pislənilir və bu, nasist cinayətkara bəraət qazandırmaq cəhdi kimi qiymətləndirilir.

Məktubda Njde haqqında geniş məlumat verilərək bildirilir ki, nasist ideologiyasına xidmət edən faşist general Hitlerin ölüm düşərgəsində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyət daşıyır. 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilən və 1957-ci ildə Vladimir şəhərində ölən Njde hətta ölümündən sonra da bəraət ala bilməyib.

Məktubda BMT-nin nasizimin qərhərmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı qəbul etdiyi qətnamə xatırladılır və bütün bunların fonunda Yerevanın mərkəzində faşist generala heykəl qoyulmasını Ermənistanın dünyaya meydan oxuması kimi qiymətləndirilir.

Danimarka azərbaycanlıları hesab edir ki, rəsmi Yerevanın bu addımı eyni zamanda İkinci Dünya müharibəsi qurbanlarının ruhunun təhqir olunmasıdır və dünya ictimaiyyəti nasizmin təbliği, nasist “qəhrəmanlara” bəraət qazandırmaq cəhdlərinin qarşısını almalıdır.

1news.az

Paylaş:
464

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər