Bacısını qaçıran şəxsin əvəzinə səhvən başqasını qətlə yetirən şəxs tutulub
Bacısını qaçıran şəxsin əvəzinə səhvən başqasını qətlə yetirən Ağdam sakini saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, iyunun 30-da Ağdam rayon sakini Sərxan Süleymanov Göyçay Rayon Polis Şöbəsinə zəng edib mayın 16-da bacısı Nargiləni qaçırmış Göyçay şəhər sakini Orxan Quliyevi bıçaqla qətlə yetirməsini bildirib.
Göyçay RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla S.Süleymanovun iyunun 30-da ünvanı səhv salaraq Göyçay şəhərində yaşayan Cəbrayıl Kərimovun evinə açıq qalmış qapıdan girərək onu yatmış halda bıçaqla qətlə yetirməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Süleymanov tutulub.
Faktla bağlı araşdırma aparılır.
1news.az