Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

17:45 - 30 / 06 / 2016
Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sabah Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

1news.az xəbər verir ki, bu barədə “Azərsu ” ASC-dən məlumat veriblər.

Məlumata görə, Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir.

Bununla əlaqədar 1 iyul 2016-cı il tarixində  gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu ” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər