Con Kerri və Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər | 1news.az | Xəbərlər
Siyasət

Con Kerri və Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər

21:40 - 30 / 06 / 2016
Con Kerri və Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər

Ermənistanın Prezidenti Serj Sarqsyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, söhbət əsnasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.

Məlumata əsasən, telefon danışığı ABŞ tərəfin təşəbbüsü ilə baş tutub.

“Tərəflər, son dönəm münaqişənin həlli ətrafında baş verən hadisələri, xüsusilə Vyanada və Sankt-Peterburqda baş tutan görüşlərdə əldə edilən razılıqların həyata keçirilməsini müzakirə ediblər”, - deyə, məlumatda qeyd edilir.

1news.az

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər