Toyota Abşeron Mərkəzi fəaliyyətə başladı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Toyota Abşeron Mərkəzi fəaliyyətə başladı – FOTO – VİDEO

10:46 - 30 / 06 / 2016
Toyota Abşeron Mərkəzi fəaliyyətə başladı – FOTO – VİDEO

İyunun 24-də Bakıda yeni rəsmi “Toyota” dilerinin açılış mərasimi keçirilib.

Məşhur yapon markasının həvəskarlarının tez-tez ziyarət edəcəyi bu yeni məkan Toyota Abşeron Mərkəzi adlanır.

Marağa səbəb olan açılış həm yerli, həm də xarici qonaqların iştirakı ilə keçib. Mərkəzin direktoru Cəmil Məmmədov tədbiri açaraq qonaqları salamlayıb və yeni rəsmi diler haqqında qısa məlumat verib.

Daha sonra “Toyota Caucasus”un rəhbəri Mitsuro Konişiyə və Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşiyə söz verilib. Çıxışlar tamamlandıqdan sonra isə “Toyota Caucasus” və Toyota Abşeron Mərkəzi arasında dilerlik müqaviləsi imzalanıb.

Tədbirin rəsmi hissəsi başa çatandan sonra qonaqlar yeni salon və servis mərkəzi ilə tanışlıq imkanı əldə ediblər. Qafqazda yalnız Toyota Abşeron Mərkəzində olan “Toyota”nın GOLD konsepsiyasında hazırlanmış salon xüsusi diqqət çəkib. Belə ki, tamamilə şəffaf konsepsiya ziyarətçilərin ustaların işini izləməsinə və bütün prosesləri öz gözləri ilə görməsinə şərait yaradır.

Qeyd edək ki, sərgi salonunun və servis hissəsinin ümumi sahəsi 1000 m2-dir. Burada həm yeni “Toyota” avtomobillərinin satışı həyata keçiriləcək, həm zəmanət üzrə servis, həm də avtomobillərin ümumi təmiri xidməti göstəriləcək. Həmçinin, Toyota Abşeron Mərkəzi müştərilərin qarşısına təlimlərdən keçmiş peşəkar ustaları və böyük ehtiyat hissələri bazası ilə çıxır.

Yeni rəsmi “Toyota” dileri müştərilərin rahatlığı üçün komfortlu istirahət zonası ilə təmin edilib. Üstəlik şəhərin yeni istiqamətində yerləşməsi “Toyota” servisini bir çoxlarına daha yaxın edərək işlərini asanlaşdıracaq. İlkin tanışlıq üçün siz də Bakı-Sumqayıt şossesi 6-cı km. ünvanında yerləşən Toyota Abşeron Mərkəzini ziyarət edə bilərsiniz.

Əlavə məlumat üçün:

Tel.: +994 12 349 00 60 / *0110

Email: [email protected]

Web: www.toyota-absheron.az

Paylaş:
670

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər