Azərbaycanda qanunsuz silah-sursat satışı ilə bağlı dörd nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qanunsuz silah-sursat satışı ilə bağlı dörd nəfər saxlanılıb

23:08 - 30 / 06 / 2016
Azərbaycanda qanunsuz silah-sursat satışı ilə bağlı dörd nəfər saxlanılıb

Daxil olmuş məlumat əsasında Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Hümmətovun və Səbuhi Abulhəmidovun Gürcüstan vətəndaşı “Tangiz” adlı şəxsə 1300 manata satmaq məqsədilə içərisində 1 ədəd avtomat, patron və patron darağı olan qutunu Bakı şəhərinə göndərmək üçün həmyerliləri Elşən Məhərrəmova vermələri müəyyən edilmişdir.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata əsasən, görülmüş tədbirlərlə C.Hümmətov, S.Abulhəmidov və E.Məhərrəmov saxlanılmışlar.

E.Məhərrəmov izahatında qeyd edilən qutunu Bakı şəhərinə aparması üçün həmyerlisi Elşən Göyüşova verdiyini bildirmişdir.

İyunun 29-da E.Göyüşovun idarə etdiyi “Mercedes” markalı avtomobil BDYPİ-nin əməkdaşları tərəfindən Qobustan rayonu ərazisində saxlanılmış və araşdırmalar aparılması üçün Şəki ŞRPŞ-yə təhvil verilmişdir.

Avtomobilə baxış zamanı içərisində 1 ədəd “АКSU” markalı silah, 24 ədəd patron və 1 ədəd patron darağı olan qutu aşkar edilmişdir.

S.Abulhəmidovun Şəki şəhərində evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülmüşdür.

1news.az

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər