1-2 iyul tarixlərinə Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

1-2 iyul tarixlərinə Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq - FOTO

18:33 - 01 / 07 / 2016
1-2 iyul tarixlərinə Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq - FOTO

Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş vermişdir.

“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata əsasən, bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranmışdır. Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq 01-02 iyul 2016-cı il tarixlərində Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər