Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilib

20:57 - 01 / 07 / 2016
Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilib

İyulun 1-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O xatırladıb ki, 1776-cı il iyulun 4-də ABŞ-ın müstəqillik bəyannaməsinin imzalandığı gündür.

Azərbaycan-ABŞ münasibətlərindən danışan diplomat hər iki ölkənin birlikdə bir çox uğurlara nail olduğunu söyləyib. ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyini vurğulayan səfir iki ölkə arasında güclü tərəfdaşlığın olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı mövcud dialoq qarşıda duran məsələlərin həll olunmasında bizə kömək edəcək. R.Sekuta ABŞ hökumətinin Azərbaycanın Əfqanıstandakı sülhyaratma əməliyyatlarına verdiyi töhfələri xüsusi qiymətləndirdiyini vurğulayıb. Prezident İlham Əliyevin ABŞ-a səfərinin əhəmiyyətindən danışan diplomat bu səfərin ikitərəfli əlaqələrin yeni məcrada inkişafına töhfə verdiyini qeyd edib. “Biz demokratik, güclü və inkişaf edən Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqik”, - deyə səfir vurğulayıb.

Maliyyə naziri Samir Şərifov Azərbaycan hökuməti adından Amerika xalqını milli bayram münasibətilə təbrik edib. Ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışan nazir bildirib ki, ikitərəfli əlaqələr ötən illər ərzində bir çox sahələrdə, xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahələrində inkişaf edib. Əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən nazir ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyib. S.Şərifov son dövrdə iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərləri qeyd edərək ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ölkələrimiz arasında qlobal, regional təhlükəsizlik sahəsində və terrorizmə qarşı mübarizədə birgə əməkdaşlıq mövcuddur.

Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biridir. “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycanın fəaliyyəti ABŞ tərəfindən dəstəklənir. Azərbaycan ABŞ ilə birgə beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Azərbaycan terrorizmin bütün növlərini qətiyyətlə pisləyir. Nazir deyib ki, ölkəmiz Cənubi Qafqazda sabitliyə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində, regionda sülhün bərqərar olmasında ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın öz səylərini artıracağına ümid edir.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

1news.az

Paylaş:
583

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər