ANAMA: Tərtər və Ağstafada qumbaralar, top mərmisi, qrad raketin mühərrik hissəsi aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Tərtər və Ağstafada qumbaralar, top mərmisi, qrad raketin mühərrik hissəsi aşkarlanıb - FOTO

09:35 - 01 / 07 / 2016
ANAMA: Tərtər və Ağstafada qumbaralar, top mərmisi, qrad raketin mühərrik hissəsi aşkarlanıb - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 30-da bir ev və həyətyanı sahəyə, bir fermaya, 5 əkin sahəsinə, 13 partlayış yerinə baxış keçiriblər.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, nəticədə beş partlamamış hərbi sursat aşkarlanaraq götürülüb. Gün ərzində 19 min 780 kvadratmetr ərazi təmizlənib.

Tərtər rayonunun Çaylı kəndində iki partlamamış hərbi sursat, o cümlədən “9M22U” qrad raketinin mühərrik hissəsi, Borsunlu kəndində 1 partlamamış hərbi sursat - F-1 əl qumbarası, Seydimli kəndində 100 millimetrlik top mərmisi, Ağstafa rayonunun Eynallı kəndində isə 73 millimetrlik “PQ-9” tank əleyhinə qumbara aşkar edilərək götürülüb.

Ağdam rayonunun Qaradağlı kəndində, Füzuli rayonunun Horadiz şəhərində əkin sahələrində partlayış yerlərinə baxış keçirilib. Bu zaman partlamamış hərbi sursat aşkar edilməyib. Nəticədə 8180 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 30-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 620 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, 28 fermaya, əkin sahələrinə və bir şərab zavodu ərazisinə baxış olub. Nəticədə 1562 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1news.az

 

Paylaş:
520

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər