Şəkidə istirahət mərkəzində köməksiz vəziyyətdə qalan 35 nəfər təxliyyə edilib
İyulun 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki rayonunun dağlıq ərazilərində yağan yağışlar nəticəsində Kiş çayının səviyyəsinin qalxması, çayın üzərindəki körpünün qəzalı vəziyyətə düşməsi və Kiş kəndində istirahət mərkəzlərində olan insanların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, nazirliyin Şimal-qərb Regional Mərkəzinin və Mülkü Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası insanların təxliyyəsi üçün dərhal hadisə yerinə cəlb olunub.
İyulun 3-də nazirliyin qüvvələri tərəfindən 35 nəfər təxliyə olunub. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunması üçün texnikalar hadisə yerində işləyir.
768